Dünya

116 ölkə koronavirus pandemiyanın səbəblərini araşdıracaq - Niyə başımıza bunlar gəldi?

18 May 2020 21:30
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

110-dan çox ölkə Avstraliyanın koronavirusun bütün dünyada yayılmasının səbəbləri və şərtləri ilə bağlı müstəqil araşdırma çağırışını dəstəkləyib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər naziri Maris Peyn məlumat verib.

Nazir qeyd edib ki, dünya gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün pandemiyanın yaratdığı böhranla bağlı suallara cavab istəyir:

"Biz (başlanğıc mərhələdə) baş verənləri müstəqil qiymətləndirməyə ehtiyac duyuruq. Bütün dünya qlobal səhiyyə sistemini qorumaq üçün lazım olan hər şeyi öyrənə və təmin edə bilər. Bu, ilk növbədə növbəti pandemiyanın qarşısını almaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıqdan asılıdır".

"Biz, sadəcə, bunun yenidən baş verməməsi üçün nələrin olduğunu bilmək istəyirik. Bu, kifayət qədər dürüst motivi və məqsədi olan sualdır".

Əvvəlcə rəsmi Kanberranın təklifi dünyanın bir sıra ölkələri, o cümlədən, Rusiya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Yeni Zelandiya, Yaponiya və Aİ-yə üzv olan 27 ölkə tərəfindən dəstəklənib.

Daha sonra Afrika ölkələri çağırışa qoşulublar, hazırda istintaq ideyasını dəstəkləyən dövlətlərin ümumi sayı 116-ya çatıb. Ölkələrin müvafiq qərarının 73-cü Dünya Səhiyyə Assambleyasının qətnaməsində əks olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.