Dünya

Çinin neft-qaz şirkətində güclü yanğın olub

16 May 2020 22:26
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən Çin Milli Neft-Qaz Şirkətinin (CNPC) obyektlərinin birində böyük yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, yanğın yerli vaxtla 21:30-da (Bakı vaxtı ilə 17:30) Fuşun şəhərində qeydə alınıb. Yanğının baş verməsinə ildırım düşməsinin səbəb ola biləcəyi ehtimal olunur.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.