Dünya

Hindistanda işçiləri aparan maşınlar toqquşub - 24 ölü

16 May 2020 14:49
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın şimalındakı Uttar Pradeş ştatında evlərinə qayıdan işçiləri aparan iki yük maşınının toqquşması nəticəsində azı 24 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən əbər verir ki, yük maşınlarından biri yol kənarında dayanan maşına çırpılıb.

İşçilərin böyük əksəriyyəti Qərbi Benqal ştatına qaydırdılar.

Qeyd edək ki, Hinidistanda martın 24-dən etibarən karantin rejimi elan olunub.

Bununla əlaqədar iş yerlərini itirən miqrant işçilər kütləvi şəkildə öz yaşadıqları bölgələrə qayıdır. Bu müddət ərzində iki iri qəza nəticəsində onlarla miqrant həlak olub.

Bu həftənin əvvəlində 6 miqrant avtobusun altında qalaraq ölüb. Mayın 8-də isə qatar dəmir yolunda istirahət edən 16 miqrantın üstündən keçmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.