Dünya

30 yaşlı mamaça koronavirusdan öldü - 2 həftə əvvəl atası ölmüşdü - FOTO

16 May 2020 12:59
0 Şərh     Baxış: 2 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30 yaşlı qadın koronavirusdan ölüb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, Britaniya Milli Səhiyyə Xidmətində ( NHS ) mamaça olaraq çalışan 30 yaşlı Safaa Alam koronavirusun qurbanı olub.

Birminqhemdəki qadın xəstəxanasında 6 ildən çoxdur ki, mamaça kimi işləyən Safaa ötən gün koronavirusa məğlub olub.

O, iki həftə əvvəl dünyasını dəyişmiş atasının yasından çıxmağa fürsət tapmadan özü koronavirusun qurbanına çevrilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən Birləşmiş Krallıqda 236 711 nəfər koronavirusa yoluxub. 34 minə yaxın insan bu virus səbəbi ilə dünyasını dəyişib. Onlardan 160 nəfəri Milli Səhiyyə Xidmətinin işçiləridirlər.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.