Dünya

ABŞ-da F-22 qırıcısı aviabaza yaxınlığında qəzaya uğrayıb

16 May 2020 09:44
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 qırıcısı cümə günü Florida ştatında yerləşən "Eqlin" aviabazasından 19 km yaxınlıqda qəzaya uğrayıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə aviabazanın Komandanlığı məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 43-cü qırıcı eskadriliyasının 325-ci qırıcı bölməsinin F-22 qırıcısı səhər saat 09:15-də "Elqin" aviabazasından şimal-şərqdə yerləşən sınaq və təlim poliqonunda qəzaya uğrayıb. 

Pilot qırıcıdan çıxarılaraq xəstəxanaya aparılıb. Vəziyyətinin stabil olduğu bildirilib. 

Qeyd edək ki, qəza zamanı digər xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən mülki obyektlərə heç bir ziyan dəyməyib.

Hadisə ilə əlaqədar istintaq başlanılıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.