Dünya

İtaiya sərhədlərini açır

16 May 2020 09:24
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya hakimiyyəti ölkəyə giriş-çıxışla bağlı bütün məhdudiyyətləri iyunun 3-dən ləğv etməyi qərara alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 3 iyun tarixindən etibarən ölkə daxilindədə sərbəst hərəkətə icazə veriləcək.

Qeyd edilir ki, bu qərar COVID-19 pandemiyası səbəbindən dünyanın müxtəlif ölkələri tərəfindən tətbiq olunan ən sərt karantin məhdudiyyətlərinin ciddi şəkildə yumşalması tədbiri olacaq. İtaliyanın bölgələri məhdudiyyətlərin daha tez qaldırılmasını istəyiblər, lakin baş nazir Cuzeppe Konte infeksiyaların ikinci dalğasının qarşısını almaq üçün normal həyata qayıtmağı tədricən həyata keçirmək yolunu üstün tutub.

İtaliyada koronavirusun yayılması başladığı gündən indiyədək 223,8 min yoluxma hadisəsi qeydə alınıb, ölüm hallarının sayi isə 31,6 min nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.