Dünya

Kuril adaları yaxınlığında üç 4,3 bal gücündə zəlzələ baş verib

16 May 2020 08:33
0 Şərh     Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın şimali Kuril (Saxalin əyaləti) və Cənubi Kamçatka bölgəsində üç 4,3 bal maqnitudasında zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geoloji xidmətinin Saxalin filialından xəbər verilib.

Birinci 4,3 bal maqnitudada olan yeraltı təkanın ocağının dərinliyi 130 kilometr, ikinci 4,2 bal maqnitudada olan seysmoloji hadisənin ocağının dərinliyi 63 kilometr və üçüncü 4 bal maqnitudada olan təkanın ocağının dərinliyi 176 kilometr dərinlikdə yerləşib.

Verilən məlumata əsasən dağıntı və xəsarət alanlar olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.