Dünya

İtaliya hökuməti yerli turizmi dirçəltmək üçün vəsait ayırıb

15 May 2020 11:49
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya hökuməti vətəndaşlarına yerli turizmi inkişaf etdirmək üçün adambaşı 500 avro vəsait verəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İtaliyanın Baş Naziri Cüzeppe Konte deyib. O, keçirdiyi iclasda bəyan edib ki, illik gəliri 40 min avrodan az olan hər bir ailənin yetkin şəxsləri bu məbləği yerli turizmi inkişaf etdirmək məqsədilə alacaq. Artıq müvafiq qanun da qüvvəyə minib.

Qanuna əsasən, hökumət ümumilikdə, aztəminatlı ailələr, kiçik və orta sahibkarlara dəstək məqsədilə 55 milyon avro vəsait ayırıb. Habelə müxtəlif şirkətlərin ümumilikdə 4 milyard avro dəyərindəki müxtəlif vergi ödəmələri də dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.