Dünya

Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək

15 May 2020 11:44
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 18-dən başlayaraq Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas deyib.

Onun sözlərinə görə, Yunanıstanın kontinental hissəsi ilə yanaşı Krit adasına gəmi səfərləri açılacaq.

Bundan başqa, mayın 18-dən lisey və gimnaziyaların birinci və ikinci sinif şagirdləri dərslərə qayıdacaq.

Ölkə ərazisində 500-dən çox çimərlik də müəyyən məhdudiyyətlərlə açılacaq.

Qeyd edək ki, bu günədək Yunanıstanda 2 770 nəfər koronavirua yoluxub, onlardan 156 nəfəri ölüb, 1 374 nəfəri sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.