Dünya

Doğum evinə silahlı hücum: 18 ölü - Ana körpəsini qorumaq üçün küvəzi qucaqladığı yerdə qətlə yetirildi

14 May 2020 16:50
13 Şərh     Baxış: 3 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın paytaxtı Kabil şəhərində polis forması geyinmiş şəxslər doğum evinə hücum ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, üç nəfərin silahlı hücumu nəticəsində 24 insan həyatını itirib.

18 körpənın anasız qaldığı, iki ananın doğuş zamanı hücuma məruz qalaraq öldürüldüyü bildirilir.

Bir ana isə övladını qorumaq üçün uşağın olduğu küvəzi qucaqladığı zaman öldürülüb. Körpə xəsarət almayıb.

Ölənlərin çoxu dünyaya yeni uşaq gətirmiş analardır. Həyatını itirənlər arasında hamilə qadınlar, iki körpə, tibb bacıları, doğuş həkimləri və polis əməkdaşları var.

Qeyd olunur ki, xəstəxananın yerləşdiyi məhəllədə şiə məzhəbli əhali yaşayır. Bəzi insan haqları təşkilatlarının müharibə səhvi adlandırdığı hücumu heç bir terror təşkilatı öz üzərinə götürməyib.

"Taliban" hücum faktı ilə əlaqəsinin olmadığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.