Dünya

Qayınata və qayınanasını öldürdü, parçaladı, 3 ay soyuducuda saxladı - FOTO

13 May 2020 11:40
1 Şərh     Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində yaşayan iranlı şəxs qayınata və qayınanasını öldürdükdən sonra parçalara ayırıb və üç ay soyuducuda saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dönərçi işləyən 35 yaşlı Muhəmməd Xodarahmi İran konsulluğuna gələrək, üç ay əvvəl qayınatası Siyavuş Qale Bəxtiyari ilə qayınanası Fatimə Əlidadişamsabadini öldürdüyünü deyib.

Konsulluq əməkdaşlarının xəbər verməsindən sonra polis Xodarahmini saxlayıb. Ünvana gəldikdə isə qapısı bağlı otaqda soyuducunun dərin dondurucu hissəsində cəsəd parçalarını aşkarlayıb.

Xodarahmi ilə birlikdə şübhəlinin həyat yoldaşı və baldızı da saxlanılıb.

Xodarahmi törətdiyi cinayəti etiraf edərkən bunları deyib:

"Dönərçi işləyirdim. Maddi vəziyyətim yaxşı deyildi. Onların maddi vəziyyəti isə yaxşı idi. Beş ildir mütəmadi olaraq "Sənə biz baxırıq. Biz olmasaq, sən heçsən" deyirdilər. Psixoloji olaraq mütəmadi olaraq məni alçaldırdılar.

Hadisə günü eyni şeylər təkrarlandıqda dözə bilmədim. Arvadım və baldızımın əl-ayaqlarını bağladım. Daha sonra qayınata və qayınanamı kəsici alətlə öldürdüm, cəsədlərini parçalara ayırdım və soyuducunun dərin dondurucu hissəsində gizlətdim".

Şübhəlinin arvadı və baldızı da hadisə baş verən vaxt əl-ayaqlarının bağlandığını deyərək, qorxduqları üçün polisə getmədiklərini vurğulayıblar.

O da bildirilir ki, Xodarahmi arvadı və baldızını dəhşətin baş verdiyi evdə yaşamağa məcbur edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.