Dünya

Polis maşını aşdı: həbs edilən şəxs və polis öldü - FOTO

11 May 2020 10:39
0 Şərh     Baxış: 2 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində polis maşınının iştirakı ilə ağır yol qəzası baş verib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə mayın 10-da səhər saatlarında "M11 Neva" trasında qeydə alınıb. Bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, "UAZ" markalı polis maşını sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı arakəsmələrə çırpılıb. Zərbənin təsirindən maşın çevrilib.

Qəza nəticəsində "UAZ"da olan polis və həbs edilən şəxs dünyasını dəyişib, daha 1 asayiş keşikçisi ağır xəsarətlər alıb. Yaralılar, insident yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.