Dünya

Hindistanda daha 3,2 min nəfərdə koronavirus aşkarlandı

10 May 2020 17:13
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 3,2 min nəfər artaraq 62 939-a yüksəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, ölkədə hazırda 41 472 pasiyentin müalicəsi davam etdirilir. Daha əvvəl koronavirusa yoluxmuş 19 357 nəfər sağalıb (son sutkada 1 511), 2 109 nəfər vəfat edib (son sutkada 128).  

Yoluxma hallarının çoxu Maxaraştra (20 228, son sutkada 1 165), Qudcarat (7 796, son sutkada 394) ştatlarında, eləcə də paytaxt Dehli ərazisində (6 542, son sutkada 224) qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.