Dünya

Dağıstanda mədrəsə koronavirus xəstələri üçün xəstəxanaya çevrilib

10 May 2020 13:39
0 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanın Untsukul rayonunda mədrəsə koronavirus xəstələri üçün xəstəxanaya çevrilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Respublika Müftiliyinin rəsmi saytında xəbər verilib.

"Untsukul rayonuna daha bir kömək edildi - mədrəsə binası COVID-19 xəstələrini yerləşdirmək üçün mərkəzi rayon xəstəxanasına verildi. Baş həkimin sözlərinə görə, müəssisədə hər cür şərait var. Kompleks xəstələrin sonrakı reabilitasiyası üçün də istifadə edilə bilər", - deyə məlumatda bildirilir.

Son xəbərlərə görə, Dağıstanda 2 560 yoluxma halı qeydə alınıb. Pandemiya başlayandan bəri respublikada 679 nəfər sağalıb, 18 nəfər isə ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.