Dünya

Koronavirusa görə Tramp hər gün...

8 May 2020 08:26
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika lideri Donald Tramp və vitse-prezident Maykl Pens hər gün koronavirusla bağlı test ediləcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Maykl Pens Ağ evdə jurnalistlərlə görüşü zamanı deyib.

Bununla belə Donald Tramp koronavirus infeksiyası diaqnozu qoyulan Ağ Ev işçisi ilə heç bir təmasın olmadığını bildirib. "Bu şəxslə praktiki olaraq heç bir əlaqəm olmayıb", - prezident deyib. Dövlət başçısı Ağ Evin bütün işçilərinin hər gün sözü gedən testdən keçiriləcəklərini vurğulayıb. O, iki son gündə müvafiq müayinədən keçdiyini və nəticələrin mənfi olduğunu əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.