Dünya

Bu ölkədə izolyasiya rejimi mayın 9-dan ləğv edilir

8 May 2020 07:35
0 Şərh     Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın hökumət başçısı İmran Xan koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan izolyasiya rejiminin mayın 9-dan ləğv ediləcəyini deyib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İmran Xan məhdudiyyətlər səbəbindən vətəndaşların əziyyət çəkdiyini və bundan sonra izolyasiya rejiminin uzadılmaması barədə qərar qəbul edildiyini bildirib.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometers saytının məlumatına əsasən, Pakistanda 24 mindən çox yoluxma və 564 ölüm faktı qeydə alınıb, 6 464 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Ölkədə pandemiya ilə bağlı izolyasiya rejimi tətbiq edilib, sərhədlər bağlanıb və beynəlxalq aviasiya əlaqəsi dayandırılıb. Qüvvədə olan məhdudlaşdırıcı tədbirlərdən ən çox əhalinin kasıb təbəqəsinin zərər çəkdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.