Dünya

Dağıstan müftisi ailəsi ilə birlikdə koronavirusa yoluxdu

4 May 2020 21:50
1 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstan müftisi Əhməd Abdullayev ailəsi ilə birlikdə koronavirusa yoluxub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müftinin həyat yoldaşı və müşaviri Ayna Həmzətova məlumat verib.

"Ailəmizdə bu iki həftə ərzində ən ağır xəstələnən müfti oldu. Düzgün aparılan müalicə protokolu sayəsində aparata qoşulmaqdan və digər ağır nəticələrdən xilas olduq. Hazırda biz bərpa mərhələsindəyik", - deyə Həmzətova bildirib.

O, Dağıstanın imkanlı və səlahiyyətli şəxslərinə müraciət edərək Mahaçqalada üçüncü şəhər xəstəxanasını koronavirus xəstələrinin istifadəsinə vermək üçün lazımi avadanlıqlarla təchiz etməyi xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.