Dünya

Hindistanda spirtli içki mağazaları uzun növbələrə görə bağlandı

4 May 2020 17:59
0 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın paytaxtı Dehlidə karantin rejiminin yumşaldılmasından sonra açılan spirtli içki mağazaları qısa müddət sonra yenidən bağlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paytaxtda mayın 4-dən etibarən 150-yə yaxın spirtli içki mağazasının açılmasına icazə verilib.

Lakin mağazalar açılmazdan qabaq qapıların önündə bir kilometrədək uzanan növbə yaranıb. Sosial məsafə qaydaları pozulduğu üçün mağazalar yenidən bağlanıb.

Qeyd edək ki, bu günədək Hindistanda 42 mindən çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı 1,4 mindən çox olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.