Dünya

Özbəkistanda 149 azərbaycanlı karantinə görə işdən çıxarıldı

4 May 2020 16:44
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda fəaliyyət göstərən YES şirkəti karantin rejiminə görə 450 əməkdaşını işsiz qoyub.

Milli.Az baku.tv-ə istinadən xəbər verir ki, Natiq Mikayılovun rəhbərlik etdiyi şirkət əməkdaşlarına işlədikləri ayın əməkhaqqını belə verməyib.

Aralarından Tailand, Filippin, Banqladeş və 149 nəfər Azərbaycan vətəndaşı olan işçilər xarici ölkədə əlacsız qalıblar.

"ENTER Engineering Pte.Ltd" şirkəti isə YES-in işsiz qalan xarici əməkdaşlarının bəzilərini müvəqqəti yaşayış yeri və üç dəfə yeməklə təmin edib. Lakin bunun nə zamana qədər davam edəcəyi məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.