Dünya

Bu ölkədə məktəblərin əksəriyyəti açılıb

4 May 2020 04:30
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin hakimiyyət orqanları təhsil müəssisələrinin fəaliyyətini tədricən bərpa etmək barədə qərar qəbul ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Təhsil Nazirliyinin məlumatına görə, ölkənin çox yerində dövlət məktəbləri açılıb. "Yerli hakimiyyət orqanlarının 80 faizi təhsil müəssisələrinin qapılarını açıblar", - deyə nazirlikdən bildiriblər.

Məlumatda söhbətin dövlət yəhudi məktəblərindən getdiyi, şagirdlərin gigiyenaya əməl etmələrinin və maska taxmalarının zəruriliyi qeyd olunur. Hökumətin qərarına əsasən, bazar günü məktəblərə 1-3 və 11-12-ci siniflərin şagirdləri gedəcəklər.

Məşğələlər hələlik məcburi deyil. Uşaq bağçaları mayın 10-da açılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.