Dünya

Braziliyada məhbuslar 7 nəzarətçini girov götürdü

3 May 2020 11:29
0 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın Manaus şəhərindəki həbsxanada məhbuslar 7 nəfər nəzarətçini girov götürüblər. Şənbə günü sözügedən həbsxananın rəhbərliyi "Reuters"in sullarını cavablandırarkən belə deyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, xəbərdə vurğulanır ki, olay zamanı hər hansı qətl hadisəsi qeydə alınmayıb.

"Reuters" bildirir ki, Braziliya həbsxanalarında bu kimi olaylar tez-tez olur. Manaus həbsxanasında isə ötən il baş vermiş iğtişaşlar zamanı 57 nəfər öldürülmüşdü. O vaxt bir neçə məhbusun başı kəsilərək həbsxana divarlarının qarşısına atılmışdı.

Yerli televiziya ilə yaymlanan proqramda isə həbsxanadakı dustaqlardan birinin müraciəti yayımlanıb. O deyib ki, həbsxanada dəhşətli dərəcədə istidir, elektriklə bağlı ciddi problem var.

Məhbuslar medianın və insan hüquqları təşkilatı nümayəndələrinin həbsxanaya gəlməsini arzulayırlar.

Agentlik qeyd edir ki, Manuausda koronavirus xəstlərinin kütləvi ölümü müşahidə olunur. Onlar elə kütləvi qəbiristanlıqda da dəfn olunurlar. Şəhərdə tabut qıtlığı yaranıb.

Xəbərdə bildirilir ki, Braziliyada cinayətkar qruplar son dərəcə güclüdür. Onlar ölkənin müxtəlif yerlərini tam nəzarətdə saxlayırlar. Cinayətkar qruplar arasında gedən döyüşlər zamanı 2017-ci ilin yanvarında 150 nəfər qətlə yetirilmişdi.

Braziliya həbsxanalarında ərzaq qıtlığı da mövcuddur. Həbsxanalarda nəzərdə tutulduğundan bir neçə dəfə çox məhbus saxlanılır.
Hal-hazırda məhbuslarla Braziliya hüquq-mühafizə orqanları arasında danışıqlar gedir.

Xatırladaq ki, bu gün Venesueladakı həbsxanada baş vermiş iğtişaş zamanı 46 nəfər öldürülmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.