Dünya

Braziliya Ali Məhkəməsi venesuelalı diplomatların məcburən ölkədən çıxarılmasına imkan vermədi

3 May 2020 11:12
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada Ali Məhkəmənin hakimi venesuelalı diplomatların məcburi qaydada ölkəni tərk etmələri üçün hökumətin verdiyi qərarı təxirə salıb.

APA "TASS"-a istinadən xəbər verir ki, məhkəmə Braziliya Prezidentindən və Xarici İşlər nazirindən diplomatların ölkədən çıxarılmasını təmin edən qərarın hansı səbəbdən verilməsinə aydınlıq gətirmələrini tələb edib.

Hakim Luis Robert Barrozo İşçi Partiyasından olan deputatın müraciətinə baxıldıqdan sonra belə bir nəticəyə gəlib.

Xatırladaq ki, bir müddət əvvəl Venesuela XİN Braziliya hakimiyyətinin venesuelalı diplomatları və konsulluq işçilərini ölkəni vaxtından əvvəl tərk etməyə məcbur etdiyini bildirib. Onlar Braziliyanı mayın 2-də tırk etməli idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.