Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In 20 gün sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Milli.Az nypost-a istinadla xəbər verir ki, bu barədə Yonhap News Agency məlumat yayıb.
O, gübrə zavodunun açılışında iştirak edib, tikintinin başa çatmasını bildirən lenti kəsib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Kim Çen In-in öldüyü iddia edilirdi.
Milli.Az