Dünya

Koronavirusun 10 yarımtipi müəyyən edilib

29 Aprel 2020 16:46
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan alimləri koronavirusun 10 yarımtipini müəyyən edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədqiqat Hindistanın Biotibb Genomika Milli İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Tədqiqat nəticəsində dörd ay ərzində O tipi koronavirusdan 10 müxtəlif yarımtip mutasiya edib. Alimlərin fikrincə, O tipi koronavirus ötən ilin sonundan Uhanda yayılmış virus tipidir.

10 yarımtip arasında ən güclüsü A2a tipi koronavirus hesab olunub. Bu növ insanın boğazına daha sürətlə daxil olur və xəstənin dərhal yoluxmasına səbəb olur. Məhz bu yarımtip sayəsində koronavirusun dünyada sürətlə yayılması mümkün olub.

Qeyd edək ki, bu günədək dünyada 3,1 milyondan çox şəxs koronavirusa yoluxub. Onlardan 218 mindən çoxu ölüb, 961 mindən çox xəstə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.