Dünya

FTB erməni mafiyasının muzdlu vəkilini yaxaladı - FAKT

27 Aprel 2020 17:09
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) keçmiş agenti, erməni mütəşəkkil cinayətkarlıq şəbəkəsi ilə əlaqələdə olan vəkil tərəfindən mütəmadi olaraq rüşvət qəbul etdiyi üçün tutulub.

20-ildən çox FTB-da xüsusi agent kimi çalışan Babak Brumand ABŞ-ın Ədliyyə Nazirliyinin Kaliforniya dairəsinin mərkəzi vəkil ofisinin açıqlamasına əsasən xüsusi hüquq mühafizə məlumatını təqdim etmək müqabilində Erməni mütəşəkkil cinayətkarlığı ilə əlaqəli olan vəkil tərəfindən 200.000 dollardan çox pul, rüşvət və hədiyyə qəbul edərək 24 aprel 2020 tarixində həbs edilib.

Yanvar ayından etibarən təqaüdə çıxan Brumanda qarşı şikayət onu rüşvət alaraq, dövlət məmuru adından sui istifadədə ittiham edir. Bu ittihama əsasən San-Fransisko sahə offisinə təyinat alan, milli təhlükəsizlik və məxfi mənbələr ilə məşğul olan FTB agenti, vəkil tərəfindən mütəmadi olaraq rüşvət və hədiyyələr alıb.

2015 və 2017-ci illər ərzində davam edən razılığa əsasən, Brumandın hər ay orta hesabla 10.000 dollara yaxın rüşvət aldığını iddia edilir. Bu rüşvətlər 2016-cı ildə lisenziyalı vəkil  statusunu alan şəxs (daha sonra sifarşçi kimi qeyd olunur) tərəfindən  mütəmadi əsaslarda ödənilirdi. Onun Brumanda bu müddət ərzində ümumilikdə 200 min dollardan çox vəsaitin köçürüldüyü bildirmişdir.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, sözügedən vəkil ilə birgə razılıq əsasında Brumand öz tərəfindən ona lazımı konfidensial məlumatları, hüquq mühafizə orqanlarının məlumat bazalarında olan spesifik və həmçinin ictimai olmayan məlumatları və müdafiəni təmin edəcəyini vəd edib.

İlk öncə vəkil hər hansı hüquq-mühafizə orqanı tərəfindən izlənmədiyindən əmin olmaq üçün Brumanddan FTB-da adının olub olmamasının yoxlanmasını istəyib. Brumand öz növbəsində onun 2008-2009-cu illərdə kredit kartı fırıldaqçılığı üstündə FTB istintaqının subyekti olduğunu, lakin bunun yalnız Brumandın hüquq mühafizə informasiya bazasında axtarışa çıxaracağı halda ortaya çıxa biləcəyini söyləyir.

Rüşvət əməliyyatları başlayandan bir müddət sonra, vəkil Brumanddan erməni mütəşəkkil cinayət fiquru olan Levon Termendzyanın FTB informasiya bazasında yoxlanmasını istəyir. Bu əməliyyatın üstü açılır və Brumandın 2015-ci ilin yanvarında dəfələrlə Termendzyanla bağlı FTB konfiensial cinayət işi materiallarına baxması ortaya çıxır. Brumandın, həmçinin 2016-cı ilin may ayında Lev Aslan Dermen kimi də tanınan Termendzyanın 1 milyard dollar civarında yanacaq vergisi dələduzluğuna görə açılan cinayət işinə müdaxilə etdiyi də aydın olur.

Başqa bir müştəri barəsində adının terrorizmdə keçməsi barədə məlumatın yoxlanmasına görə vəkil Brumanda Dukati motosikli və 26 000 min dollar civarında aksesuarlar hədiyyə edir

Bu mənfəətlər qarşılığında vəkil mütəmadi olaraq Brumanda onunla qanuni və qeyri-qanuni işlərdə əlbir olan 20-ə yaxın şəxs barəsində konfidensial məlumatların yoxlanmasımı tələb edir.

Hazırda FTB, Əmək Departamenti və Maliyyə Departamentinin nəzdində Mədaxil Kriminal Tədqiqatı tərəfindən Brumanda qarşı cinayət işi davam edir.

Bu, erməni mafiyasının ABŞ ərazisindəki qanunsuz fəaliyyətlə məşğul olması barəsində ilk və yeganə hal deyil. ABŞ-ın səhiyyə sistemində bugünə qədər ermənilərin müəllifliyi ilə bir sıra cinayətlər baş tutmuşdur. Belə ki, 2010-cu ildə ABŞ səhiyyə sistemində bugünə qədər olan ən böyük saxtakarlığın müəllifi olan erməni mafiası 163 milyon dollardan çox Medicaid şirkətinə saxta iddialar təqdim edərək tutulmaqlarından öncə artıq 35 milyon dollar məbləğində vəsaiti ələ keçirmişdilər. 2012-ci ildə ermənilər tərəfindən mütəşəkkil şəkildə Medicare şirkətinə təqdim edilən 1 milyon dollar dəyərində saxta iddialar ifşa olunmuşdur. 2013-cü ildə  isə erməni mafiyası 1.5 milyon dollar civarında  fırıldaçılıq və çirkli pulların yuyulması sxemini yaratdığı üçün ABŞ hüquq muhafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmuşdur. Erməni mafiyasının qanun pozuntuları yalnız səhiyyə sistemi ilə məhdudlaşmayıb. Belə ki, 2019-cu ilin oktyabr ayında ABŞ-a viza almaq istəyən şəxslərə onları incəsənət xadimləri kimi təqdim edən saxta sertifikatlar verərək və konsul ilə görüş zamanı "təlimatların" verilməsi müqabilində 3.000 dollardan-10.000 dollara qədər alan erməninin viza fırıldaqçılığı ilə məşğul olduğu ortaya çıxmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.