Dünya

Koreya rəsmisi: “Kim Çen In sağ və salamatdır”

27 Aprel 2020 11:23
1 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In sağdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına Koreya Respublikası Prezidentinin diplomatiya və milli təhlükəsizlik işləri üzrə xüsusi müşaviri Mun Con In məlumat verib.

"Hökumətimizin mövqeyi dəyişməyib. Kim Çen In sağ və salamatdır. O, 13 aprel tarixindən Vonsana rayonundadır. Hərəkət qrafikində hansısa şübhəli məqam olmayıb", - deyə Mun Con In bildirib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının lideri aprelin 11-də daxili siyasətlər məsələləri üzrə Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasını keçirdikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.