Dünya

Tramp koronavirusla mübarizədə aciz qaldığı üçün səhiyyə nazirini istefaya göndərə bilər

26 Aprel 2020 17:06
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidentinin administrasiyası koronavirusun yayılması fonunda səhiyyə naziri Aleks Azarı vəzifəsindən azad edə bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, buna əsas səbəb Aleks Azarın epidemiyanın yayıldığı ilk dövrlərdə bir sıra kobud səhvlər buraxmasıdır.

"The Wall Street Journal" və "Politico" kimi nüfuzlu mətbuat orqanlarının informasiyasına əsasən, məhz o, prezident Trampı "COVİD-19"un ABŞ üçün ciddi təhlükə törətməyəcəyinə inandırıb.

Aleks Azarın yerinə mümkün namizədlər arasında Ağ Evin koronavirusla mübarizə üzrə koordinatoru Debora Berks, "Medicaid" mərkəzinin administratoru Sima Verma və səhiyyə nazirinin müavini Erik Harqanın adları çəkilir.

ABŞ səhiyyə və sosial xidmətlər departamentindən verilən rəsmi məlumatda isə "Aleks Azarın ictimai sağlamlığın qorunması sahəsində qlobal böhrana reaksiya göstərilməsi işi ilə məşğul olduğu və onun "saray intriqaları"na baş qoşmağa vaxtının olmadığı" bildirilib.

ABŞ prezidentinin mətbuat katibinin müavini Cadd Dir isə "WSJ" ilə söhbətində Ağ Evdə bəhs edilən məsələnin müzakirə olunmadığını və Aleks Azarın əvəzlənməsinin planlaşdırılmadığını söyləməklə kifayətlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.