Dünya

Pxenyan bilir: Kim Çen komadan ayılmayacaq - Ekspert

25 Aprel 2020 15:54
6 Şərh     Baxış: 2 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya lideri Kim Çen İnin öldüyünə inanıram.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu koreyalı siyasi ekspert Yanq Sunq Min "Kuki Nyus"a açıqlamasında bildirib.

"Kim Çenin səhhəti ilə bağlı problem çox ciddidir. Şimali Koreya rəhbərliyi artıq onun sağalmasının mümkün olmayacağına qərar verib", - Min söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitterdə ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb.

Çin mediası isə Kim Çenin öldüyü xəbərlərini yayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.