Dünya

ABŞ Ermənistana maliyyə yardımı ayırdı

17 Aprel 2020 18:39
1 Şərh     Baxış: 1 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ermənistana koronavirusa qarşı mübarizə məqsədi ilə 600 min dollar yardım ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) feysbuk səhifəsinə istinadən verilən informasiyaya görə, ABŞ hakimiyyəti bu yardımı agentliyin vasitəsilə edib.

Qeyd edək ki, ABŞ koronavirusa qarşı mübarizə məqsədilə Ermənistana 1,1 milyon dollar ayıracağını açıqlamışdı.

Son rəqəmlərə görə, Ermənistanda 1 201 nəfər yeni tip virusa yoluxub, onlardan 19-u ölüb./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.