Dünya

Britaniyalı alimlər xərçəngə qarşı səmərəli vasitə tapıblar

16 Aprel 2020 15:19
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Kent Universitetinin və Rotamsted elmi-tədqiqat mərkəzinin alimləri xərçəngə qarşı səmərəli vasitə aşkar ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, söyüd ağacından əldə edilən miabeatsin maddəsi digər preparatlara belə dayanıqlı olan xərçəng hüceyrələrini məhv edir.

Bu vasitənin xərçəngin çətin müalicə olunan forması neyroblastomaya da qarşı aktiv olduğu müşahidə edilib. Miabeatsin həmçinin süd vəzi, boğaz və yumurtalıq xərçənginə qarşı da səmərəli istifadə oluna bilər.

Tədqiqatçılar daha geniş tibbi tədqiqatlar üçün söyüd ağacından alınan bu maddənin istehsalını artırmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.