Dünya

Avstraliyada COVID-19 xəstələri üçün ilk virtual xəstəxana test edilir

15 Aprel 2020 18:27
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Yeni Cənubi Uels ştatında COVID-19 xəstələri üçün ilk virtual xəstəxana sınaqdan keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yüngül və orta simptomlarla Armidale şəhərinin təcili tibbi yardım xəstəxanasına müraciət edən pasientlər onların həyat fəaliyyətlərinin əsas göstəricilərini izləyəcək yüksək texnoloji qurğuları evlərinə götürə biləcək. Həkimlər süni intellektin köməyi ilə həmin göstəriciləri online şəkildə yoxlayacaq və xəstənin vəziyyəti ağırlaşacağı təqdirdə onu xəstəxanaya aparacaqlar.

"Pasientin biləyinə taxılan sadə qurğu onun ürək və ağciyərlərinin fəaliyyətinin əsas göstəricilərini xəstəxananın virtual şöbəsinə göndərəcək və həmin məlumatlar həkimlər tərəfindən monitorinq olunacaq", - deyə Yeni İngiltərə Universitetinin baş həkimi və professoru Rod Makklyur bildirib.

Virtual xəstəxananın sınaqları koronavirusun yayılması fonunda Avstraliyanın səhiyyə müəssisələrinin mümkün yüklənməsi səbəbindən sürətləndirilib. Uğurlu alınacağı təqdirdə virtual xəstəxanalar bütün ölkə ərazisində qurulacaq

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumata əsasən, dünyada 2 milyondan çox yoluxma və 126 min 839 ölüm faktı qeydə alınıb, 485 min 827 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Avstraliyada indiyə qədər yeni koronavirusa yoluxanların sayı 6400 nəfəri keçib, 63 nəfər ölüb, sağalanların sayı isə 3 min 598 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.