Dünya

Karantin vaxtı sevgilisi ilə görüşə gedən kişi həbs edildi - FOTO

15 Aprel 2020 15:42
1 Şərh     Baxış: 2 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin qaydalarını pozaraq sevgilisi ilə görüşə və ərzaq almağa gedən şəxs saxlanılıb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, oteldə karantində saxlanılan şəxs sosial izolyasiya qaydalarını pozduğuna görə həbs olunub.

Olay Qərbi Avstraliyanın ən böyük və paytaxt şəhəri olan Pertdə yaşanıb.

14 gün müddətinə Travelodge adlı oteldə karantində saxlanılan 35 yaşlı Jonathan David otelin yanğın çıxışından qaçıb, sevgilisi ilə görüşdüyünə görə həbs edilib.

Pert məhkəməsi onun 1 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. O, bununla yanaşı 1300 dollar da cərimə ödəməli olacaq.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 2000243 nəfər yoluxub. 126758 nəfər bu virusdan ölüb, 484,751 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.