Dünya

NASA Marsa helikopter göndərir

14 Aprel 2020 18:45
0 Şərh     Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın aerokosmik agentliyi - NASA Mars planetinə helikopter göndərəcəyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən verir ki, "Mars 2020" missiyasının bir hissəsi olaraq, helikopter "Mars Perseverance" kosmik gəmisinə quraşdırılacaq.

"Mars 2020" missiyası çərçivəsində hazırlanan helikopter "Kennedy Space Centre"də son hazırlıq mərhələsindədir. Mars helikopterinin son sınaqlarının davam etdiyi və onun NASA-nın ən qabaqcıl texnoloji aparatı olacağı qeyd edilir.

NASA səlahiyyətliləri sözügedən missiya həyata keçirilərsə, bəşəriyyət tarixində ilk dəfə başqa planetdə idarə olunan uçuşun reallaşacağını bildirirlər. Mars helikopteri Qırmızı planetə çatdıqdan üç ay sonra uçuşa hazır olacaq. Helikopter Günəşdən zəruri enerjini alacaq və sonradan lazım olan ehtiyat enerjini özü istehsal edəcək.

Mars helikopterinin nümunələr toplamaq və ya məlumatların təhlili kimi hər hansı elmi vəzifəsinin olmadığı bildirilib. Helikopter Marsın yüngül atmosferində uçmağın mümkün olduğunu göstərəcək. Layihə uğurla başa çatarsa, Mars və digər planetlər daha sürətlə öyrəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.