Dünya

Meksikada minlərlə katolik koronavirusa əhəmiyyət verməyərək, Pasxa bayramına toplaşdı - FOTO

12 Aprel 2020 18:12
3 Şərh     Baxış: 1 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dünyada katoliklər Pasxa bayramını qeyd edir. Koronavirus təhlükəsi ilə bağlı əksər ölkələrdə kilsələr bağlanıb və insanlar əvvəlkindən fərqli olaarq bayramı evdə qeyd edir. 

Lakin Meksika sakinləri heç nəyə baxmayaraq Pasxa üçün bir araya gəlib. Belə ki, ölkənin Çiapas əyalətində minlərlə insan Pasxa bayramı ayininə toplaşaraq, birlikdə qeyd ediblər. Məlumata görə 5 min insanın bir araya gəldiyi ayində rahiblər iştirak etməyib. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bununla belə Boçil, Simojovel, San Xuan Çamula əyalətlərindəki ayinlərə rahiblər də qatılıb. 

Xatırladaq ki, katolik ölkə olan İtaliyada insanlar bayramı evlərində qeyd edir. 

Eləcə də Böyük Britaniya Kraliçası II Elizabet isə Pasxa bayramı ilə bağlı xalqa müraciət edərək bildirib: "İnsanlar özlərini təcrid etdiyindən builki Pasxa bayramı çoxları üçün fərqli olacaq. Lakin Pasxa bayramının keçirilməsi ləğv edilməyib. Əksinə, hazırda bu bayrama heç vaxt olmadığı qədər çox ehtiyacımız var. Koronavirus bizə qalib gələ bilməyəcək".

Ermənistanda da bu gün kilsələr bağlıdır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.