Dünya

Üzünə kislota töküb onu kor edən sevgilisini bağışladı

10 Aprel 2020 23:40
3 Şərh     Baxış: 3 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə sevgilisi tərəfindən üzünə kislota tökülən və bir gözünü tamamilə itirən Berfin Özek hər kəsi təəccübləndirəcək addım atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün 13 il 6 ay həbs cəzası verilən Rasim Ozan Çeltik barədə şikayət ərizəsini geri götürüb. Berfin qeyd edib ki, sevgilisini sevir və onunla ailə qurmaq niyyətindədir.

Zərərçəkəni müdafiə edən vəkillərdən biri olan Nevzat Ercan proses zamanı R. Çelikin sərbəst buraxılacağını qeyd edib.

Xatırladaq ki, Rasim Ozan Çelikə ictimai qınaq, qadın hüquqlarını müdafiə edən təşkilatın səyi nəticəsində qəsdən adam yaralama maddəsi ilə 13 il 6 ay həbs cəzası verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.