Dünya

İsveç xəstəxanasından qalmaqallı qərar - "Yaşlı xəstələr..."

10 Aprel 2020 23:51
2 Şərh     Baxış: 2 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə yerləşən Karolinska Universitetinin xəstəxanasında həkimlərə koronavirusa yoluxmuş 80 yaşdan yuxarı xəstələri intensiv terapiya şöbəsinə qəbul etməmək tapşırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Aftonbladet" qəzeti məlumat yayıb.

Nəşr eyni zamanda xəstəxana rəhbərliyinin həkimlərə 60 yaşdan yuxarı, xroniki xəstəliyi olan insanların intensiv terapiya şöbəsinə yerləşdirilməsinə üstünlük verilməsini tapşırdığını qeyd edib.

Hadisənin mətbuatda işıqlandırılmasından sonra sərt tənqidlərin hədəfinə çevrilən xəstəxanadan sözügedən məlumatla bağlı açıqlama verilib:

"Tibbi cəhətdən üstünlük hər zaman xəstənin sağalması gözləntilərinə əsaslanır. Xəstənin sağalmasına dair gözləntilər yüksək deyilsə, intensiv terapiya müalicəsi tətbiq edilə bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.