Dünya

Kabab bişirmək istədi, 9 evi yandırdı

10 Aprel 2020 13:15
2 Şərh     Baxış: 2 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağ evində kabab bişirmək həvəsinə düşən gənc ehtiyatsızlıqdan qonşularının evlərini yandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Kemerovo vilayətində qeydə alınıb.

Vilayətin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yanğın nəticəsində qonşuluqda yerləşən doqquz ev yararsız hala düşüb.

Odla ehtiyatsız davranan 29 yaşlı şəxs yeddi milyon rubl (təxminən 160 min manat) cərimə ödəməli olacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.