Dünya

Öləcəyimi zənn etsəm də... - Koronavirusdan sağalan qadın danışdı

10 Aprel 2020 23:45
0 Şərh     Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bursa şəhərində koronavirusa yoluxan qadın sağaldıqdan sonra yaşadığı dəhşətli anlarını etiraf edib.

Milli.Az xəbər verir ki, Həvva Er adlı qadın quru öskürək və nəfəs darlığı şiyayəti ilə xəstəxanaya müraciət edib. Koronavirusa yoluxduğu məlum olan qadın 31 mart tarixində xəstəxanaya yerləşdirilib. 7 gündən sonra sağalan qadın həmin anları xatırlayaraq bunları ifadə edib.

''3 gün tək nəfərlik üçün nəzərdə tutulmuş palatada tək qaldım. Xəstəliyim quru öskürəklə başladı. Qusma ilə birlikdə nəfəs almağımda çətinlik yarandı. Zənn etdim ki, bu artıq sondur və mən öləcəm. Qonşumun cənazə mərasiminə getmişdim. Çox adam olmasa da ehtimal olunur ki, virusa orada yoluxmuşam. Bacım və qardaşım da həmin mərasim də iştirak etdiklərinə görə onlar da xəstəxanada virusla mübarizə aparır. Hətta bacımın vəziyyəti ağırdır. Xəstəxanada olarkən hər yerim ağrıyırdı. Nəfəs ala bilmirdim. Temperaturum o həddə idi ki, içim yansa da üşüyürdüm. Allaha şükr edirəm ki, dualarım və həkimlərin güclü səyi nəticəsində sağaldım''. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.