Dünya

Koronavirusu blok edən yeni virus yaradıldı - Peyvəndin tapılması an məsələsidir

10 Aprel 2020 12:49
1 Şərh     Baxış: 1 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı elm adamları laboratoriya şəraitində COVID 19 virusunu blok edən süni virus kəşf edib.

Milli.Az xəbər verir ki, mütəxəssislər bu tapıntının koronavirusa qarşı peyvənd kimi istifadə edilə biləcəyini bildirir.

Araşdırmaçılar itlərin orqanizmində olan, lakin insanlara zərəri toxunmayan təbii parainfluenza 5 (PIV 5) əsaslı infeksiyadan istifadə edib. PIV 5-ə yoluxan hüceyrələrə koonavirusun "tikanlarının" oxşarı olan S-qlikoprotein ifraz edən genom əlavə edərək yeni modifikasiya əldə olunub. Tapıntının testləri MARS infeksiyası daşıyan siçanlar üzərində aparılsa da, mütəxəssislər bu metodun SARS-CoV-2-də də effektiv olacağını düşünür.

Doktor Paul Makkari hesab edir ki, COVID 19-a yol açan koronavirusa qarşı effektiv peyvənd tapmaq an məsələsidir./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.