Dünya

Baş nazirdən qoruyucu geyimlər istəyən həkim koronavirusdan öldü - FOTO

10 Aprel 2020 11:32
0 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın baş naziri Boris Consondan qoruyucu vasitələr tələb edən həkim yeni növ koronavirusdan ölüb.

Milli.Az Milliyet-ə istinada bildirir ki, bu barədə məlumatı Sky News kanalı yayıb.

53 yaşlı Abdul Mabud Chowdhury yatırıldığı xəstəxanada vəfat edib.

Londondakı Homerton xəstəxanasında həkim işləyən Əbdül koronavirus testi müsbət çıxdıqdan sonra Romforddakı Queen's xəstəxanasında müalicə alırdı.

O, mart ayının 18-də Boris Consona məktub yazaraq qoruyucu geyim və digər vasitələr xahiş etmişdi.

"Başqaları kimi bizim də bu dünyada ailəmiz və uşaqlarımızla sağlam yaşamaq haqqımız var", - onun müraciətində qeyd olunub.

Qeyd edək ki, Britaniyada 65077 nəfərdə yeni növ koronavirus aşkarlanıb. Onlardan 7978 nəfər ölüb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.