Dünya

Dünyada koronavirusa yoluxanların sayı 83 min nəfərə yaxın artıb

10 Aprel 2020 08:15
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada koronavirusa yoluxanların sayı son sutka əzrində 83 min nəfərə yaxın artıb. Bu, əvvəlki günün statistikasından 9 min çoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik məlumat bülletenində bildirilib.

Bildirilib ki, dünyada 1 436 198 xəstələnən və 85 522 ölüm hadisəsi qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 82 837 nəfər, ölənlərin sayı isə 6287 nəfər artıb.

Ən çox xəstələnən və ölən Avropada qeydə alınıb: müvafiq olaraq 759,661 və 61 516 hal. Sutka ərzində orada yoluxanların sayı 39 442 nəfər, ölüm halları isə 3777 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 454 710 nəfər koronavirusa yoluxub, 14,775 nəfər ölüb. Son 24 saat ərzində ölüm hallarının (37294) və ölənlərin (2117) sayına görə bu bölgə Avropadan geri qalır.

Dünyada xəstələnmə üzrə üçüncü yeri xüsusilə Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur. Aprelin 9-na olan vəziyyətə görə, orada 115 852 xəstələnən və 3 944 ölüm hadisəsi aşkar edilib.

Ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 395030 hal, sonrakı yerləri İspaniya (146690), İtaliya (139422), Almaniya (108202) və Çin (83249) tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.