Dünya

Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb

9 Aprel 2020 23:54
0 Şərh     Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada ölkədə epidemiya başlayandan bəri yeni koronavirusun (COVID-19) yaratdığı xəstəlikdən 12 mindən çox insan ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, martın 1-dən etibarən ölkədə koronavirusdan ölənlərin sayı 12 210 nəfər təşkil edib, ölənlərin 42% -i 70 yaşdan yuxarı insanlardır:

"Bununla belə, xəstəxanalarda ölən xəstələrin sayı 24 saat ərzində 7632 nəfərdən 8044 nəfərə qədər yüksəlib".

Qeyd edilib ki, hazırda 7,066 nəfər reanimasiyadadır, bu da martın 8-də axşam saatlarında olan göstəricələrə nisbətən 82 nəfər azdır. Ümumilikdə sutka ərzində 369 nəfər reanimasiyaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.