Dünya

Moskvada biznes-mərkəzin binasında partlayış olub, 1 nəfər yaralanıb

9 Aprel 2020 19:04
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın mərkəzində ofis binasında partlayış olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "İkinci Brest" küçəsində yerləşən "Panorama" biznes-mərkəzinin binasında baş verib.

Partlayış nəticəsində çoxmərtəbəli binanın 8-ci mərtəbəsinin pəncərələri qırılıb.

"Mash" telegram kanalı hadisə nəticəsində bir qadının yaralandığı haqqında məlumat yayıb.

Hadisənin təmir işləri aparılan zaman baş verdiyi bildirilib.

Partlayış nəticəsində baş verən yanğının qarşısı alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.