Dünya

Yeni epidemiya yayılır - 254 nəfər öldü

8 Aprel 2020 22:28
0 Şərh     Baxış: 3 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya yeni tip koronavirusla mübarizə apararkən Asiya ölkəsi İndoneziyada yeni epidemiya aşkarlanıb.

Milli.Az xəbər verir ki, yanvarın əvvəlindən 4 aprelə qədər ölkədə danq qızdırması səbəbilə 254 nəfər dünyasını dəyişib.

Ümumilikdə, 40 min nəfərin xəstəliyə yoluxduğu bildirilir.

"Tempo" qəzetinin xəbərinə görə, Səhiyyə Nazirliyi Vektorial və Zoonotik Xəstəliklər İdarəsinin direktoru Siti Nadya Tarmizi xəstəliyin ən çox rast gəlindiyi Qərbi Yava və Şərqi Nusa Tenqqara əyalətlərinin qırmızı bölgə elan edilərək karantinə alındığını bildirib.

Epidemiyanı ağcaqanadlar yayır

Ölkədə ağcaqanadların daha çox ortaya çıxdığı oktyabr-aprel aralığında yağışlı dövrlərdə danq qızdırması və adi qızdırma xəstələrinin sayı artır.

Xatırladaq ki, İndoneziyada danq qızdırmasından 2016-cı ildə 1598, 2017-ci ildə 493, 2018-ci ildə 344 nəfər dünyasını dəyişib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.