Dünya

Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

8 Aprel 2020 14:26
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya hökuməti Kvinslend ştatının sahillərində dayanan 4 kruiz gəmisindən ərazi sularını tərk etməyi tələb edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baham adaları, Panama və Malta qeydiyyatı olan laynerlərdə ümumilikdə 13,5 min sərnişin var.

Avstraliya hökuməti bildirir ki, ölkədə qeydə alınan koronavirus faktlarının əksəriyyəti kruiz gəmilərinin sərnişinlərində qeydə alınıb. Bununla bağlı olaraq mart ayında "Ruby Princess" laynerinin Sidneyə yan alması üçün icazə verən rəsmi şəxslər barəsində cinayət işi də açılıb. Hazırda həmin gəminin ekipajı karantinə alınıb.

Qeyd edək ki, bu günə qədər Avstraliyada 6 010 nəfər koronavirusa yoluxub, 50 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.