ABŞ-da 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan vəfat edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Missisipi ştatında 72 yaşlı Cerri Ostin Uilyamson və Fransis Cuel Uilyamson martın sonunda kruiz səfərindən qayıtdıqdan sonra özlərini pis hiss ediblər.
Xəstəxanaya yerləşdirilən cütlükdə COVID-19 simptomları aşkar edilib.
Bir neçə gündən sonra vəziyyətləri ağırlaşan qocalar bir-birindən 6 dəqiqə ara ilə vəfat ediblər.
Milli.Az