Dünya

Qarabasma görən kişi üç dostunu qətlə yetirdi

8 Aprel 2020 15:46
0 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Konya şəhərində üç dostunu güllələyərək öldürən şəxs tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı Yusif Ö. həmyaşıdı Xəlil İbrahim Uzun və 37 yaşlı Yaşar Baki Uzun adlı əmisi oğullarını, həmçinin, 30 yaşlı Mehmet Əli Şefleki qətlə yetirib.

O, ifadəsində arvadına dərman verərək, yatırtdıqdan sonra üç dostunun onu zorladıqlarını və bu səbəbdən də onları öldürdüyünü bildirib.

Saxlanılan şəxsin 33 yaşlı həyat yoldaşı A.Ö. həmin şəxsləri tanımadığını deyib.

Araşdırma zamanı Yusif Ö.-nün qarabasma gördüyü və qətli törədəndən bir gün əvvəl ailəsi tərəfindən xəstəxanaya aparıldığı, həkimin verdiyi antidepressantı qəbul edərək, evə qayıtdığı məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.