Dünya

Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib

7 Aprel 2020 20:27
0 Şərh     Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Donald Tramp bu barədə "Twitter"də bildirib.

O qeyd edib ki, ÜST şansını əldən qaçırıb: "Əsasən ABŞ tərəfindən maliyyələşdirilən bu təşkilat nədənsə daha çox Çin yönümlüdür. Biz bu məsələyə nəzər salacağıq. Xoşbəxtlikdən mən onların Çinlə sərhədi açıq saxlamaq təklifini vaxtında rədd etdim. Onlar niyə bizə belə bir səhv tövsiyə vermişdilər?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.