Dünya

Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb

7 Aprel 2020 17:47
3 Şərh     Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Baş Nazir Boris Conson süni tənəffüs aparatına qoşulmayıb, o, özü nəfəs alır. Həkimlər ona pnevmoniya diaqnozu qoymayıb".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Nazirin sözçüsü bildirib.

O deyib ki, gecəboyu Baş Nazirin vəziyyəti stabil olub, əhvalı yaxşıdır.

Baş Nazirin sözçüsü B. Consonun mərkəzi Londonda yerləşən "Müqəddəs Tomas" xəstəxanasının reanimasiya şöbəsində olduğunu qeyd edib.

Xatırladaq ki, B. Conson aprelin 5-də müayinə üçün xəstəxanaya müraciət edib, aprelin 6-da isə onun koronavirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.