Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Milli.Az Sputnik Türkiyə-yə istinadla bildirir ki, kadrlar İstanbulun Zeytinburnu səmtində çəkilib. Videoda karantin qaydalarını pozan şəxsin tanınmaması üçün başına və bədəninə un kisəsi keçirərək gəzməsi əks olunub.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədər olaraq sosial izolyasiya tədbirləri çərçivəsində Türkiyədə yaşı 65-dən yuxarı və 20-dən az olan şəxslərin küçəyə çıxması qadağan edilib.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 1347646 nəfər yoluxub. 74782 nəfər bu virusdan ölüb, 286453 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.
İsmayıl
Milli.Az